CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF vətəndaşlara müraciət edib

Vətəndaşlar birdəfəlik sosial ödənişlərini artıq "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlara müraciət edib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 1-dən respublika üzrə birdəfəlik sosial ödənişlər ediləcək.
Dəfn üçün, uşağın anadan olmasına görə, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinətlər ödəniləcək. Eyni zamanda radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə də hər il müalicə üçün müavinət veriləcək.
DSMF-nin bildirdiyinə görə, müavinətlər vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır. Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.