PAYTAXT XƏBƏRLƏRİ

Bakı və Abşeronda toz dumanı müşahidə olunur

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2,5 dəfə çoxdur.
Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır".
G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.