AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda 20 manatlıq əsginaslar yenilənir

Yeni əsginasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı "Qarabağ" mövzusuna həsr olunmuş 20 manatlıq əsginasın yenilənməsini həyata keçirib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, yeni əsginasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

"Qarabağ" mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzi olan Xarıbülbül nişanəsi və "Qarabağ" sözü ön plana çəkilib", - deyə o qeyd edib.