BAKI, 3 noyabr — Sputnik. Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litrə görə 80 qəpik artırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.
Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.
Həmçinin oxuyun:
Azərbaycanda alkoqollu içki istehsalı artıb