DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan bəzi sosial şəbəkə və mesencerlərin fəaliyyətini məhdudlaşdırdı

Sputnik
BAKI, 3 noyabr - Sputnik. Özbəkistanın nəzarət orqanları Telegram, Facebook, Odnoklassniki, Youtube sosial şəbəkə və mesencerlərinin fəaliyyətini məhdudlaşdırıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin İnformatizasiya və Telekommunikasiya sahəsində Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat verib.
Müfəttişlik bildirib ki, buna şəxsi məlumatların qorunması haqda qanunun pozulması səbəb olub. Qurum subyektlərin şəxsi məlumatlar üzrə hüquqlarını pozanların reyestrinə Odnoklassniki, YouTube, LinkedIn, Instagram, Facebook sosial şəbəkələri və Telegram mesencerini daxil edib.
"Özbəkistan Respublikası əırazisində müvafiq resurslardan istifadəyə aşkarlanmış çatışmazlıqlar aradan qaldırılanadək qanunla məhdudiyyət qoyulur", - reyestrə izahda göstərilib.