BAKI, 3 noyabr — Sputnik. Orqanizmin bəzi xüsusiyyətlərinə görə kartof yeməkdən çəkinmək lazımdır. Bu barədə diyetoloq Artyom Leonov RİA Novosti-yə izah edib.
"Kartofun yüksək qlisemik indeksi - 70 vahiddən yuxarı olduğundan, karbohidrat mübadiləsinin pozulması, metabolik sindrom, şəkərli diabet zamanı istifadə edilməməlidir. Həmçinin kartof badımcankimilər fəsiləsinə aiddir və gizli allergik reaksiyaya səbəb ola bilər", - deyə Leonov bildirib.
Ekspert əlavə edib ki, hər şey bağırsaq mikrobiotasından asılıdır. Karbohidrat mübadiləsinin pozulması və ona fərdi reaksiyası olmayan hər kəs kartof yeyə bilər.