PAYTAXT XƏBƏRLƏRİ

Bakıda "COVID-19-dan sonrakı dünya" mövzusunda forum keçiriləcək

Hibrid formatda təşkil ediləcək tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 4-6-da baş tutacaq forumda müxtəlif panellərdə "COVID-19-dan sonra yeni dünya nizami", "Yeni Dünya İqtisadiyyatı", "Səhiyyə və əhalinin vaksinasiyası", "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" və digər mövzular müzakirə olunacaq.
Panellərdə yerli və xarici ekspertlərin çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2021-ci illər aralığında 7 forum keçirilib.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur.
Hibrid formatda təşkil ediləcək tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
Həmçinin oxuyun:
Növbəti Qlobal Bakı Forumu keçiriləcək