BAKI, 3 noyabr — Sputnik. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Mebellərin və məişət texnikasının satışında yeni qayda...
Həmçinin mebellərin və məişət texnikasının satışı istisna olmaqla, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 2 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu da "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində 10 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Həmçinin oxuyun:
Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
Gözəllik salonu və kosmetoloji mərkəzlərə kassa qoyulacaq - Yeni tələb