DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerevan yenə qarışıb: təcili yardımın işi iflic olub

Onlar son zamanlar çağırışların sayının artmasından şikayət edirlər.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda təcili tibbi yardım əməkdaşları tətilə başlayıblar. Sputnik Ermənistan xəbər verir ki, təcili tibbi yardımın sürücüləri çağırışlara getməkdən imtina edirlər.
Altıncı yarımstansiyanın əməkdaşları əməkhaqqının azlığına görə aksiyaya başlayıblar. Onlar səlahiyyətli şəxslər görüşməyənə qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Onlar son zamanlar çağırışların sayının artmasından şikayət edirlər.