BAKI, 2 noyabr — Sputnik. Puşkin adına Dövlət Rus Dili İnstitutu "Sputnik" kəlməsini 2021-ci ilin sözü adlandırıb. Bunu elm üzrə prorektor, "İlin Sözü" layihəsinin elmi rəhbəri Mixail Osadçiy bildirib.
İnstitut hər il "İlin sözü" araşdırmasının nəticələrini elan edir. Mənbələr rusdilli mediaların (həm rus, həm də xarici) mətnləri və sosial şəbəkələrdəki nəşrlərə asaslanır.
"Təhlillərin nəticələrinə görə, "sputnik" sözü birinci yerə çıxıb və 2021-ci ildə əvvəlkindən doqquz dəfə çox istifadə edilib. Bu söz Rusiya peyvəndinin adı ilə, həmin peyvəndin istifadəsinin artması mövzusunda geniş müzakirəsi və Rusiya peyvəndinin xaricdə tanınması ilə bağlıdır", - deyə Osadçiy izah edib.
İkinci yeri "Əfqanıstan" sözü tutub. Bu sözdən 6,5 dəfə daha çox istifadə olunmağa başlanıb. Ekspertlərin sözlərinə görə, bu sözün bu qədər istifadəsinə səbəb ölkədə baş verən hadisələrin müzakirəsi olub.
Üçüncü yeri "Şimal axını" ifadəsi tutub. Bu sözün istifadəsi beş dəfə artıb. Dördüncü yeri "siyahıyaalma", beşincisi yeri isə "impiçment" sözü tutub. Bundan əlavə, "QR-kod" (dörd dəfə), "peyvənd əleyhinə" (üç dəfə) və "antivakser" (2,7 dəfə) sözlərində artım müşahidə olunub.
"Siyahını tamamlayan "seçkilər", "işləməyən" və "ölüm" sözləridir". Bunları 2021-ci ildə əsas kimi qəbul etsək də, əvvəlki dörd ilin fonunda istifadəsi xeyli azalıb", - deyə Osadçiy əlavə edib.
O, bunu 2020-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkisi zamanı "seçki" sözünün rekord həddə işlənməsi izah edib. Məlum olub ki, rusdilli ictimaiyyət bu mövzunu Rusiyada keçirilən parlament seçkisindən daha fəal müzakirə edib. "Qeyri-iş" və "ölüm" sözləri ilə də vəziyyət oxşardır.