FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İqlim xaosu 2021: meşə yanğınlarından su basmış küçələrə qədər

İngiltərənin İtaliya ilə birgə təşkil etdiyi “COP26” sessiyası 2021-ci il oktyabrın 31-dən noyabrın 12-dək Qlazqoda keçiriləcək. Burada 200-ə yaxın ölkənin nümayəndələrin, o cümlədən dünya liderləri, ekspertlər və fəalların iştirakı gözlənilir.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Dünya liderləri Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) tərəflərinin keçirildiyi konfransının 26-cı sessiyasında qlobal iqlim problemlərini müzakirə etmək üçün toplaşıblar.
Sputnik Azərbaycan isə 2021-ci ilin ən mühüm iqlim fövqəladə hallarını və təbii fəlakətlərini xatırlatmağı təklif edir.
1 / 16

Frankfurt yaxınlığındakı Nidderau dəmir yolu keçidi 2021-ci ilin fevralında görünüşü. Almaniyada daşqına səbəb qarın əriməsi və uzun müddət yağan yağışladır.

2 / 16

İslandiyada isə mart ayı alovlu olub: Reykyanes yarımadasındakı vulkandan lava axır.

3 / 16

Panama-Sitidəki Kosta del Este çimərliyi, 19 aprel 2021-ci il. Plastik tullantılar təbiəti öldürür.

4 / 16

İyul ayında Priştinada küçədə balıq tutmaq mümkün idi.

5 / 16

Şimali Makedoniyada su insanların xilaskarı olub: 28 iyul 2021-ci ildə kiçik Balkan ölkəsində temperatur 43 dərəcədən (Farenqeyt üzrə 109) yuxarı qalxıb.

6 / 16

Braziliyada isə iyulun 29-da qar yağıb: San Joakimdəki yolun görünüşü.

7 / 16

İraqda güclü yay istiləri yaşanıb, fermerlər və çobanlar kəskin su çatışmazlığı ilə mübarizə aparıblar.

8 / 16

Avqust ayında bütün dünya ən ölümcül meşə yanğınları ilə mübarizədə Türkiyəyə kömək edib.

9 / 16

Elmi işçi Ninis Roskvist 2021-ci il avqustun 26-da İsveçin şimalındakı Kebnekayse zirvəsində dağın hündürlüyünü GPS vasitəsilə ölçür. Burada qlobal istiləşmə dünyanın qalan hissəsindən üç dəfə sürətləli gedir.

10 / 16

Avqustun 29-da İda qasırğası Yeni Orleandan cənub-qərbindəki sahilində baş verib və hər yerdə elektrik enerjisinin kəsilməsinə, daşqınlara və böyük dağıntılara səbəb olub.

11 / 16

ABŞ-da Sentyabrın 19-da yüzlərlə yanğınsöndürən bir neçə nəhəng sekvoyya ağaclarını qorumaq üçün yanğınla mübarizə aparıb.

12 / 16

21 sentyabr 2021-ci ildə Norveç arxipelaqının şimalında, Şpitsbergendə, Piramidanın yaxınlığında, Nordenşeld buzlağının əriyib okeana tökülməsinin görünüşü.

13 / 16

Oktyabrın 4-də Kanar adalarının La Palma adasındakı Kumbre-Vyexa vulkanının əsas kraterindən çıxan böyük kül buludunun havadan görünüşü.

14 / 16

29 oktyabr 2021-ci ildə mərkəzi Albaniyanın Qramşa yaxınlığındakı Banya su elektrik anbarının qurumuş dibi ilə yol gedən şəxs.

15 / 16

29 oktyabr 2021-ci ildə Merilend ştatının Annapolis şəhərinin mərkəzində su altında qalan dayanacaq.

16 / 16

Cümə günü həm Yunanıstanda, həm də Türkiyədə hiss olunan Egey dənizində baş verən güclü zəlzələnin nəticələri.

İngiltərənin İtaliya ilə birgə təşkil etdiyi “COP26” sessiyası 2021-ci il oktyabrın 31-dən noyabrın 12-dək Qlazqoda keçiriləcək. Burada 200-ə yaxın ölkənin nümayəndələrin, o cümlədən dünya liderləri, ekspertlər və fəalların iştirakı gözlənilir.
Konfrans zamanı istixana tullantılarının azaldılması və karbon neytrallığın əldə edilməsi ilə bağlı bir sıra sənədlərin qəbul edilməsi planlaşdırılır. Dünya liderlərinin iştirakı ilə keçiriləcək sammitin əsas proqramı noyabrın 1-2-nə planlaşdırılıb.