VİDEO

Kəlbəcərin unikal kəndindən payız mənzərələri

Sputnik
BAKI, 2 noyabr — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Göydərə kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Göydərə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Ərazi süxurlarının rəngi göyə çaldığına görə belə adlandırılıb.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.