SƏHİYYƏ

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunan nə qədər yeniyetmə var?

Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Bu günə qədər 439 nəfər yeniyetmə koronavirus əleyhinə vurulan vaksinasiya prosesində iştirak edib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.
Xatırladaq ki, Azərbaycanda yaşı 12 və daha yuxarı olan uşaqlar və yeniyetmələr COVID-19 əleyhinə "Pfizer" vaksini ilə peyvəndlənirlər. Uşaqların vaksinasiyası hər iki valideynin icazəsi ilə həyata keçirilir.
Qeyd edək ki, son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "Delta" ştammı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.