SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclası olub

İclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.
Sputnik
BAKI, 2 noyabr - Sputnik. 27-28 oktyabr tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.
Sputnik Azərbaycan XİN-in saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

Tərəflər, Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.