RUSİYA

Putin: S-500 sistemi tezliklə orduya təqdim olunacaq

Sputnik
BAKI, 1 noyabr - Sputnik. Ən yeni S-500 raket sisteminin ilk nümunəsinin orduya təhvil verilməsi planlaşdırılır. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Yaxın illərdə orduya 200 uçuş aparatının və 26 ədəd S-350 və S-400 raket komplekslərinin verilməsi nəzərdə tutulur. Bundan əlavə orduya ən yeni S-500 raket sisteminin ilk nümunəsi də veriləcək", - deyə Putin ölkənin Müdafiə Nazirliyi və müdafiə sənayesi kompleksinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.