DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mənbə: Türkiyə sabah Suriyada əməliyyata başlaya bilər

Əməliyyatın şərtləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə Qlazqo iqlim konfransı çərçivəsində baş tuta biləcək görüşündə aydın ola bilərdi.
Sputnik
BAKI, 1 noyabr - Sputnik. Türkiyə ordusu ona loyal olan silahlı birləşmələrlə birlikdə artıq çərşənbə axşamı Suaiyadakı ərəb-kürd qruplaşmalarına qarşı əməliyyata başlaya bilər. RİA Novosti xəbər verir ki, bunu Suriyanın şimalındakı Dəməşqə müxalif strukturlardakı məlumatlı mənbə bildirib.

"Türkiyə sabah Suriya Demokratik Qüvvələrinə qarşı əməliyyata başlamaq niyyətindədir və müxalif qruplaşmalara əməliyyata hazırlaşmağı tapşırıb", - deyə agentliyin müsahibi bildirib.

Mənbənin sözlərinə görə, əməliyyat Suriyanın şimalında bir neçə istiqamətdə başlanacaq: Azaza və Tel-Əbyad tərəfdən.
Ankaradakı "Kafkassam" strateji araşdırmalar mərkəzinin direktoru Hasan Oqtay bir qədər əvvəl RİA Novosti-yə müsahibəsində bildirib ki, Türkiyə ordusunun Suriyadakı əməliyyatının məqsədi sərhədyanı bufer zonasının İraq sərhədinə qədər uzadılması ola bilər.
Onun sözlərinə görə, bu əməliyyatın şərtləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co BaydenQlazqoda keçiriləcək iqlim konfransı çərçivəsində baş tuta biləcək görüşündə aydın ola bilərdi. Lakin bu gün məlum olub ki, Ərdoğan Türkiyə tərəfinin təhlükəsizliklə bağlı sorğusuna mənfi cavab alındığı üçün Qlazqoya yollanmayıb.