Dövlət başçıları, necə deyərlər, saatlarını eyni vaxta qurublar. Vladimir Putin isə çıxışdan əvvəl öz saatını çıxarıb ki, kadrda maneçilik törətməsin və diqqəti əsas məsələdən yayındırmasın.
Zirvə görüşünün ev sahibəsi, İtaliyanın Baş naziri Mario Draqi iştirakçıları səmimi şəkildə qarşılayaraq əllərini sıxıb. Qonaqların arasında dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin rəhbəri də var.
Rəsmi fotoçəkilişdən əvvəl dövlət başçılarının qeyri-rəsmi ünsiyyəti. Əllərə diqqət!
Liderlərin ənənəvi şəkil çəkdirmə mərasiminə sammitdə çalışan işçi heyət ilə çəkilən selfilərlə bir az canlılıq qatmaq PR baxımından uğurlu addım hesab olunur. Makron bu dəfə yanğınsöndürəni seçib, yaxud da əksinə...
Bayden isə tibb işçiləri ilə birlikdə poza verib.
Bəziləri prezidentlə şəkil çəkdirən vaxt başqaları işlə məşğuldur – salon çıxışlar üçün hazırlanır.
Hindistanın Baş naziri Narendra Modi (solda) yapon həmkarı Fumio Kisida ilə birlikdə "Böyük iyirmilik" ölkələrinin zirvə toplantısından əvvəl.
ABŞ Prezidenti Co Bayden Boris Consonla ikitərəfli görüşdən sonra mətbuatın qarşısına çıxmaqdan imtina edib. Sammitdən bu foto isə mem yaradıcılarına bir xeyli ilham verib.
Makron və Bayden arasında Avstraliyanın Fransa ilə sualtı qayıqların tədarükü üzrə bağladığı müqavilənin ləğv olunması və onun ABŞ-a ötürülməsindən sonra yaranan böhrandan bu yana Makron və Bayden arasında ilk söhbət G20 sammiti çərçivəsində baş tutub. Münaqişə bitdi? Bayden bu görüşə bir saatdan çox gecikmişdi.
Parislə London arasında münasibətlərin istiləşməsinə isə hələ çox var.
Maraqlıdır, Böyük Britaniya və Fransa liderləri fəvvarəyə dəmir pul atmamışdan əvvəl ürəklərində hansı arzunu tutublar?
"Böyük iyirmilik" liderlərinin həyat yoldaşlarının isə öz proqramı var. Həmin proqramda şopinqə xüsusi yer ayrılıb.
"Extinction Rebellion" təşkilatının fəalları G20 sammiti keçirilən vaxt Romada etiraz aksiyasına çıxıblar.
Romada keçirilən G20 sammiti başa çatıb. Ancaq dünya liderləri bir-biri ilə vidalaşmağa tələsmirlər. Bazar ertəsi günü Qlazqoda iqlim sammiti öz işinə başlayıb.