CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beyləqan rayonunda əməliyyat keçirilib

Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkarlanması istiqamətində növbəti əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, Baş İdarəyə Beyləqan rayonunun Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs keçirilən təxirəsalınmaz tədbir nəticəsində yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı bir ədəd "Kalaşnikov" markalı avtomat, üç ədəd daraq, bir ədəd süngü bıçaq, iki ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Z.Əhmədli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=3rL8933rw7o