DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Avropa liderləri ilə İranı müzakirə edib

Görüşdəki bütün tərəflər nüvə proqramı məsələsində ən yaxşı həll yolunun diplomatiya olduğu ilə bağlı ortaq qənaətini ifadə edib.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden İranın nüvə proqramı məsələsini müzakirə etmək məqsədilə Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə bir araya gəlib. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden G20 toplantısının ardından keçirdiyi mətbuat konfransında dünən üç ölkənin lider ilə görüşdüyünü açıqlayıb.
O qeyd edib ki, görüşdəki bütün tərəflər nüvə proqramı məsələsində ən yaxşı həll yolunun diplomatiya olduğu ilə bağlı ortaq qənaətini ifadə edib: "Görüşdə İranın xoş niyyətli müzakirələrə qatılması üçün təşviq yolları ilə bağlı müzakirələrimiz oldu".
Jurnalistin "İrana yeni sanksiyalar tətbiq olunacaqmı?" sualına cavabında isə Bayden bildirib ki, bu məsələnin necə həll tapması, razılaşmanın ilk halına ortaqlıq edən dostlarımızın İran danışıqlara qayıtmadığı halda iqtisadi bir qarşılıq ödətmə məsələsində istəkli olmalarına bağlı olacaq.
Qeyd edək ki, üç il əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın nüvə razılaşmasından çəkilməsindən sonra danışıqlar dayandırılıb. İranda mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən sonra danışıqların bərpasının çətin olacağı düşünülür.