RUSİYA

Putinin neft qiymətləri ilə bağlı fikirləri ölkələri qorxuya salıb

Oktyabrın ortalarında Vladimir Putin neftin bir barelinin qiymətinin 100 dollara qədər bahalaşa biləcəyini açıqlayıb.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. ABŞ, Yaponiya və Hindistan Rusiya prezidenti Vladimir Putinin neftin 1 barelinin qiymətinin 100 dollara qədər bahalaşacağı proqnozundan qorxuya düşüb. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, Yaponiya və Hindistan rəsmiləri bir-biri ilə bu mövzuda təkbətək danışıqlar aparıb.
Onların digər əsas neft istehlakçıları və istehsalçıları ilə də əlaqə saxladıqları qeyd edilir. Bu söhbətlər təxminən üç həftə əvvəl başlayıb. Müzakirələr xüsusilə son günlərdə, neftin bir barelinin qiymətinin 85 dolları keçdiyi günlərdə intensivləşib. olub.
Qeyd olunur ki, ABŞ, Yaponiya və Hindistan birjada qiymətlərin əhəmiyyətli artımını kompensasiya etmək üçün OPEC+ üzvü olan dövlətlərə neft tədarükünü artırmaq üçün ciddi təzyiqlər edir.
İQTİSADİYYAT
Növbəti neft bumu yaxınlaşır: "Qara qızıl" yüz doxsan dollara qalxa bilər
Oktyabrın ortalarında Vladimir Putin neftin bir barelinin qiymətinin 100 dollara qədər bahalaşa biləcəyini açıqlayıb. O bildirib ki, Rusiya neft qiymətlərinin qalxması üçün hasilatın məhdudlaşdırılmasına çalışmır.
JP Morgan" bankının hesabatına görə cari ildə neft qiymətləri 64 faiz bahalaşaraq çoxillik rekordu yeniləyib. Neftin bahalaşması nəticəsində qarşıdakı bir neçə ay ərzində illik inflyasiyanın 0,4 faiz arta biləcəyi də qeyd olunub. Hesabat müəlliflərinə görə, 2025-ci ildə xam neft 190 dollaradək bahalaşa bilər.