BAKI, 31 oktyabr - Sputnik. Rusiyanın NATO-nun niyyətləri barədə məlumatı yoxdur, lakin faktlar bizimlə qarşılıqlı əlaqə qurmaq istəyinin olmadığını göstərir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammiti çərçivəsində keçiridiyi mətbuat konfransı zamanı deyib.
"Hələ bizim nümayəndələrimiz olanda, Rusiya-NATO Şurası işləyəndə, alyans bizə sadəcə həyatı öyrətmək istəyirdi, hər dəfə tələb edirdi ki, gəlin Rusiya-NATO Şurasını toplayaq və Ukraynanı müzakirə edək. Bu, onların bütün maraqları idi - zorla təbliğat aparmaq və Rusiyaya təzyiq göstərərək sövdələşməyə məcbur etmək”, – deyə Lavrov bildirib.
Lavrov onu da qeyd edib ki, NATO-nun onlara müraciət etmək üçün hər hansı əsası varsa, Belçikada ikitərəfli münasibətlərə cavabdeh olan səfirləri var.
Onun sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansına xəbərdarlıq edib ki, bu halda diplomat vasitəsilə siqnal göndərə bilər.