BAKI, 31 oktyabr - Sputnik. Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu sözləri BMT baş katibi Antonio Quterreş sosial şəbəkədə yazıb.
“Mən G20-nin qlobal qərarların tapılmasına dair yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma onlar heç olmasa məhv olmadı”, - BMT rəhbəri özünün Twitter-dəki hesabında yazıb.
"Qarşıda insanlar və planet üçün maliyyə və uyğunlaşma vədlərini yerinə yetirmək üçün 1,5 dərəcə selsi hədəfi saxlamaq (qlobal istiləşmə sürətini ildə 1,5 dərəcə selsi səviyyəsində saxlamaq - red.) üçün Qlazqoda COP26 konfransı var", - o qeyd edib.