BAKI, 30 oktyabr - Sputnik. Ucarda qadın qeysəriyyə əməliyyatından sonra ölüb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, hadisə oktyabrın 29-u axşam saatlarında Ucar rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
İlkin məlumata görə, bir gün əvvəl Zərdab rayon Məmmədqasımlı kənd sakini, 32 yaşlı Gülnar Mehdiyeva doğuş üçün Ucar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qeysəriyyə əməliyyatına götürülən qadın axşam saatlarında ölüb.
Ötən il ailə həyatı quran Gülnar Mehdiyevanın bu ilk hamiləliyi olub. Hazırda körpə Ucar rayon Mərkəzi Xəstəxanasındadır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Eləcə də oxuyun:
* Bərdədə əməliyyatdan sonra ölən qadının qohumları: "Bəlkə də dünən ölübmüş..."