BAKI, 30 oktyabr — Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp "X" gender işarəsi qeyd edilən pasportu alan ilk amerikalıya təəcübləndiyini və bunun onun ölkəsində baş verə biləcəyinə şübhə ilə yanaşdığını qeyd edib.
Bu yaxınlarda Dövlət Departamenti ABŞ-da üçüncü genderli ilk pasportun verilməsi haqqında məlumat verib. Bu müvafiq qrafada kişi və ya qadın cinsi yerinə "X" işarəsi qeyd edilib. ABŞ hökuməti 2022-ci ilin əvvəlinə kimi prosedurların və blankların yenilənməsini gözləyir. Bundan sonra hər bir ərizəçi belə bir işarə ilə pasport ala biləcək.
"Bu, doğrudan da bizim ölkədə baş verir? – deyə hazırda bu mövzu ilə bağlı mediadan birinin nəşrini şərh edən Tramp öz Telegram hesabında qeyd edib.
Doğum haqqında şəhadətnamədəkindən fərqli olaraq cinsini qeyd etmək üçün ABŞ vətəndaşlarına hələ də həkimdən sertifikat almaq tələb olunur.
Hazırda üçüncü cins artıq bir sıra dövlətlərin, o cümlədən Avstraliya, Hindistan, Kanada, Malta, Nepal və Yeni Zelandiyanın pasportlarında qeyd olunur.