CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oktyabrın son günü rayonlarda şaxtalı, Bakıda yağmurlu keçəcək

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan ərazisində bazar günü, oktyabrın 31-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.