BAKI, 30 oktyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Victory" adlı konsert proqramı keçirilib.
Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə "İsfar Sarabski trio" çıxış edib. Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət ediblər.
İzləyicilərin alqışları ilə müşaiət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.
Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.
Eləcə də oxuyun:
* Avropa İsfar Sarabskinin yeni albomunu eşidəcək