AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

bundan əvvəl xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək olub.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.
Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək olub.