BAKI, 29 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırda fəaliyyətdə olan Baş direktoru Tedros Adanom Qebreisus bu qurumun rəhbərliyinə irəli sürülən yeganə namizəddir. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istanadla məlumat yayıb.
Qeyd edək ki, ÜST-ə yeni baş direktor seçkisi 2022-ci ilin may ayında keçiriləcək. Qurumun yaydığı məlumatda bildirilir ki, ÜST rəhbərliyinə namizədlərin müraciət müddəti sentyabrın 23-də başa çatıb. Hazırda fəaliyyətdə olan baş direktordan başqa bu vəzifəyə iddia edən olmayıb. Qebreisusun namizədliyi ÜST-ə üzv olan 28 ölkə tərəfindən irəli sürülüb ki, onların arasında Avstriya, Fransa, Almaniya, Yunanıstan, Hollandiya, İspaniya, İsveç, Estoniya və Qazaxıstan da var.
Xatırladaq ki, Tedros Adanom Qebreisus bu vəzifədə 2017-ci ildən çalışır. O, 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri olub.