RUSİYA

İran XİN başçısının müavini Moskavaya göndərildi: O, kimlərlə görüşüb nə danışacaq?

Nazir müavini bildirib ki, Rusiyalı rəsmilərlə görüşdə İran-Rusiya əlaqələri, eyni zamanda bölgədə baş verən son proseslər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılacaq.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. İran xarici işlər nazirinin müavini Əli Bağeri Kani Rusiyalı rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib.
Sputnik Azərbaycan Mehr agentliyinə istinadən xəbər verir ki, nazir müavini Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, eyni zamanda xarici işlər nazirinin müavini Mixayıl Boqdanov, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkovla görüşəcək. Əli Bağeri Kani ABŞ-ın İrana tətbiq etdiyi ağır sanksiyalarla bağlı Rusiya, Çin və 3 Avropa ölkəsinin iştirakı ilə müzakirələr aparılacağını qeyd edib.
Nazir müavini bildirib ki, Rusiyalı rəsmilərlə görüşdə İran-Rusiya əlaqələri, eyni zamanda bölgədə baş verən son proseslər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılacaq.