CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fazil Mustafa şəhidlərin bacı və qardaşlarına ev və ya müavinət verilməsini təklif edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib ki, çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Deputat Fazil Mustafa şəhidlərin bacı və qardaşlarına ev və ya müavinət verilməsini təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib ki, çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi: “Onlar çox az saydadır. Bu gün mənzil, aylıq 500 manat müavinət onlara şamil edilmir. Onlar bunu haqq edirlər. Şəhidlərin taleyini düşünürək onların bacı-qardaşlarına da diqqət ayrılması yaxşı olardı”.
Qeyd edək ki, bu gün keçirilən Milli Məclisin iclasında 12 məsələ müzakirə edilir.