DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan və İran Gorus-Qafan yoluna alternativi müzakirə etdilər

Ermənistan səfiri bildirib ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisi yekunlaşmaq üzrədir.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın yollar və şəhər tikintisi naziri Rüstəm Qasimi ilə nəqliyyat layihələrini müzakirə edib. Bu barədə Sputnik Armenia xəbər verib.
Belə ki, oktyabrın 28-i baş tutan görüş zamanı Gorus-Qafan yoluna alternativ yolu, "Şimal-Cənub" avtomagistralı, "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizi ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistan səfiri bildirib ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisi yekunlaşmaq üzrədir.
Öz növbəsində, Qasimi İran tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib.