FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda qeyri-adi "Zəfər" yarmarkası

Paytaxtımızda bütün arzu edənlərə hərbi texnika ilə tanışlıq, əsgər yeməyinin dadına baxmaq və hamının sevdiyi "Xarıbülbül" nişanı əldə etmək imkanı verən yarmarka açılıb.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Dənizkənarı Milli Parkda birinci "Zəfər" yarmarkası açılıb. Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 29-dan noyabrın 9-a kimi keçiriləcək yarmarka İkinci Qarabağ müharibəsinin qəhrəmanları mövzusuna həsr olunub.
1 / 15

Yarmarkada hər kəs suvenirlər, əl işi olan zərgərlik məmulatları ala, əsgər yeməyinin dadına baxa və zəfərimizi simvolizə edən əşyalar əldə edə bilər.

2 / 15

Bu gün başlayan və noyabrın 9-a kimi davam edəcək "Zəfər" yarmarkası Azərbaycan xalqının böyük qələbəsinə həsr olunub.

3 / 15

Yarmarkadan əldə olunacaq vəsait şəhid ailələri və qazilərə dəstək üçün "YAŞAT" Fonduna köçürüləcək.

4 / 15

Yarmarka hər gün bayram konserti ilə müşayiət olunacaq. Konsertdə Cəmşid Naxçıvanski adına hərbi orkestrin ifasında hərbi marşlar, vətənpərvərlik mahnıları səsləndiriləcək.

5 / 15

Bundan başqa, yarmarkaya gələnlər Azərbaycan pəhləvanlarının çıxışını izləmək imkanı da qazanacaqlar.

6 / 15

Yarmarkanın ən diqqətçəkən məqamlarından biri də Müdafiə Nazirliyinin təqdim etdiyi hərbi texnika çadırlarıdır. Hərbçilər demək olar, hər bir azərbaycanlının arzusunu yerinə yetiriblər.

7 / 15

İkinci Qarabağ müharibəsi iştirakçılarının nəzarəti altında istənilən şəxs zirehli maşınların kabininə daxil ola bilər.

8 / 15

Maşınların hər birinin özünə xas tarixi var, çünki Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə məhz bu hərbi texnikadan istifadə olunub.

9 / 15

Ancaq bu da hələ hamısı deyil. Sərginin sonrakı günlərində ziyarətçilər hərbçi yeməyinin, Müdafiə Nazirliyinin kazarmalarında sıravi əsgərlərə verilən xörəyin dadına da baxa biləcəklər.

10 / 15

Parkın mərkəzində səhra mətbəxi quraşdırılıb və oturmaq üçün yerlər hazırlanıb. Arzu edənlər hərbçilərə verilən konservləri də dada bilərlər.

11 / 15

Yeri gəlmişkən, konservlər çox müxtəlifdir: cürbəcür tərəvəz yeməklərindən tutmuş ət xörəklərinə qədər. Axı hərbçilər yaxşı qidalanmalıdırlar!

12 / 15

Bu maraqlı yarmarkadan xatirə saxlamaq istəyənlər isə müxtəlif suvenirlər əldə edə bilərlər. Bütün bu bəzək əşyaları yerli ustalar tərəfindən məhz sözügedən yarmarka üçün hazırlanıb.

13 / 15

Suvenirlərin içində Şuşanın nazəndə çiçəyi, 44 günlük Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilmiş – Xarıbülbül formasında hazırlanmış gümüş və qızıl suyuna basılmış nişanlar və müxtəlif bəzək əşyalarına maraq daha böyükdür.

14 / 15

Yarmarkanın təşkilatçıları YAŞAT Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

15 / 15

YAŞAT Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək vermək üçün vətəndaş cəmiyyəti təşəbbüslərinin həyata keçirilməsi üçün müvafiq platforma yaratmaqdır.