Mətbuat mərkəzi

"AYNA" sistemi: yerüstü nəqliyyatın hərəkəti necə təşkil olunacaq?

Sputnik Azərbaycan MMM-də "AYNA "sistemin qarşısında hansı vəzifələrin qoyulduğu, dövlət başçısının sərəncamının necə həyata keçiriləcəyi və yerüstü nəqliyyatın təşkilində hansı keyfiyyətli dəyişiklikləri gözləmək lazım gəldiyinə aydınlıq gətiriləcək.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşımalarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə "AYNA" elektron sisteminin yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamında qeyd olunur ki, bu sistemin yaradılmasında məqsəd avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşımalarının keyfiyyətinin yaxşılaşdırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsi, həmçinin məlumatlara əlçatanlığın artırılmasıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova 29 oktyabr, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında "AYNA "sistemin qarşısında hansı vəzifələr qoyulduğu, dövlət başçısının sərəncamının necə həyata keçiriləcəyi və yerüstü nəqliyyatın təşkilində hansı keyfiyyətli dəyişiklikləri gözləmək lazım olduğuna aydınlıq gətirəcək.
Spikerə sualları əvvəlcədən i.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.
Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefon: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.