Mətbuat mərkəzi

Yaroslavldan Bakıya biznes-missiya

Bazar ertəsi, oktyabrın 25-də Bakıda Yaroslavl vilayətinin ixracyönümlü şirkətlərinin biznes missiyası başlayıb. Altı şirkətin daxil olduğu missiya Yaroslavl vilayətinin İxrac Mərkəzinin yardımı ilə təşkil olunub.
Sputnik
Yaroslavl nümayəndə heyətinə süd və süd məhsulları və sağlam qida istehsalı kimi sənaye sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri daxildir. Bundan başqa, biznes missiyasına faner və latoflekslərin, çadırların istehsalı və satışı, maye karbon qazının saxlanması və daşınması üçün yüksək texnologiyalı çənlərin, beton məmulatlarının istehsalı ilə məşğul olan şirkətlər də daxildir.
Yaroslavldan gələn iş adamlarının qarşılarına hansı konkret məqsədlər qoyduqları və Azərbaycana səfər çərçivəsində hansı razılaşmaların əldə olunduğu barədə oktyabrın 28-i, saat 10:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Rusiyanın Yaroslavl vilayəti İxrac Mərkəzinin baş mütəxəssisi Vladislav Kozlov danışacaq.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi