CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk Qızılay Cəmiyyəti Azərbaycanda fəaliyyətini davam etdirir - Semih Paslı

Azərbaycan "Qızıl Aypara" Cəmiyyəti ilə birlikdə Azərbaycanda ümumilikdə ehtiyacı olan 271 min nəfərə yardım edilib.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. “Türk Qızılay olaraq qardaş Azərbaycanda humanitar yardım fəaliyyətimizi tam şəkildə davam etdirməkdəyik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türk Qızılay Cəmiyyətinin Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Semih Paslı Lənkəranda Azərbaycan "Qızıl Aypara" Cəmiyyəti Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində “İntellektual oyunları emalatxanası” layihəsinin təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, II Qarabağ Müharibəsindən sonra təşkilat rərəfindən şəhid və qazi ailələri başda olmaqla, müharibədə ziyan çəkən şəxslər, Azərbaycanın bir çox bölgəsində yaşayan ehtiyacı olanlar üçün ərzaq və qeyri-ərzaq malları, geyim, uşaqlar üçün məktəb ləvazimatlarından ibarət yardımlar həyata keçirilib.
Lənkəranda kimsəsiz uşaqlar üçün “İntellektual oyunlar emalatxanası”
Qurum nümayəndəsi onu da bildirib ki, Türk Qızılay Azərbaycan "Qızıl Aypara" Cəmiyyəti ilə birlikdə Azərbaycanda ümumilikdə ehtiyacı olan 271 min nəfərə yardım edib:

“Bu gün kimsəsiz uşaqlar üçün “İntellektual oyunlar emalatxanası” layihəsini həyata keçiridik. Layihənin əsas məqsədi uşaqların təfəkkür bacarıqlarının inkişaf etdirilməsi, qarşılaşdıqları problemlərin orijinal həll yollarını tapmalarına və onlarda özünəinam hissi formalaşdırılmasına yardımdır. Layihənin ilk olaraq Lənkəran şəhər Osman Mirzəyev adına Qarışıq tipli Uşaq evində həyata keçirdik. Gələcəkdə ianə edənlərimizin dəstəyi ilə başqa uşaq evlərində də bu layihəni həyata keçirmək istəyirik”.

Lənkəranda kimsəsiz uşaqlar üçün “İntellektual oyunlar emalatxanası”
Oktyabrın 28-də Lənkəranda Qızılay Türk Cəmiyyəti və Azərbaycan "Qızl Aypara" Cəmiyyəti Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində “İntellektual oyunları emalatxanası” layihəsinin təqdimatı keçirilib. Qızılay Türk Cəmiyyəti və Azərbaycan Qızl Aypara Cəmiyyətinin nümayəndələri sözügedən emalatxanada uşaq evində təhsil alan məktəblilər üçün Şahmat, Sudoku, Pazl və sair intellektual oyunları təqdim edərək uşaqların oyunlarını izləyiblər.