BAKI, 28 oktyabr - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya-Belarus Ali Şurasının iclası noyabrın 4-də keçiriləcək.
Qeyd olunur ki, bu gün Rusiyanın Baş prokuroru İqor Kasyanovun Minskdəki Müstəqillik sarayında Lukaşenko ilə görüşü keçirilir.
"Biz Sizinlə çox vacib bir hadisə ərəfəsində görüşürük. Noyabrın 4-də biz Ali Şuranı keçirəcəyik - bu, bizim inteqrasiyamız yolunda qətiyyətli bir addımdır", - deyə Belarus Prezidenti bildirib.