FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Düzəlib hər yarağımız, qalıb saqqal darağımız – Fotolent

Almaniyanın Aşağı Bavariya bölgəsinin Eging am See şəhərində bu ölkənin bığ-saqqal çempionatı və olimpiadası keçirilib.
Sputnik
Çempionluq uğrunda 100-ə yaxın saqqallı kişi mübarizə aparıb. Onların saqqalı uzunluğuna və codluğuna, ən əsası isə yaxşı qulluq olunmasına görə qiymətləndirilib.
1 / 11

Yarışa Almaniyanın müxtəlif əyalətləri ilə yanaşı, Hollandiya, Avstriya, İtaliya, İsveçrə və İsraildən də saqqalı kişilər qatılıblar.

2 / 11

Kristian Fayxt – Şərqi Bavariyanın Bığ-Saqqal Klubunun prezidenti.

3 / 11

Almaniyanın bığ-saqqal çempionatına hazırlaşdığı vaxt o öz saqqalını belə qaydaya salır.

4 / 11

Müsabiqə əsasən, aşağıdakı kateqoriyalar üzrə keçirilir: bığ, çənəaltı və yanaqlar, cod saqqal.

5 / 11

"Dali" mükafatının qalibi – bu cür saqqalla hətta kimisə yaralamaq da olar.

6 / 11

"Verdi" klassikaya qarşı – münsiflər heyətini çətin seçim gözləyir.

7 / 11

Frits Sendlxofer təbii saqqalı ilə öyünür.

8 / 11

Avstriyadan gəlmiş Horbert Dopf saqqalını qaydaya salmaq üçün bir xeyli vaxt sərf edib.

9 / 11

Saqqalın yalnız cod və uzun olması kifayət deyil, maraqlı obraz yaratmaq da əsasdır.

10 / 11

Saqqalı nəzərə çarpdırmağın ən yaxşı yolu düzgün şlyapa seçməkdir.

11 / 11

Klaus Leyble, yəqin ki, güzgü qarşısında həyat yoldaşından daha çox vaxt keçirir.