BAKI, 28 oktyabr — Sputnik. "III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi qəbul imtahanı ilə əlaqəli müsabiqə vəziyyətinə elə də təsir etməyəcək". Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq:
"Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Bu da 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq".
DİM sədri eyni zamanda qeyd edib ki, Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla demək olar, eyni olacaq.