CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sabiq deputat və icra başçısı vəfat edib

Maksim Musayev 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.
Report xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.
Məlumata görə, M.Musayev 83 yaşında ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.
O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.