BAKI, 28 oktyabr — Sputnik. "Biz Ermənistanla münasibətlər məsələsində Azərbaycanla məsləhətləşmələr aparırıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk"-ə müsahibəsində jurnalisitin "Ermənistandan gələn müsbət bir mesaj varmı?" sualına cavabında bildirib.
"Ermənistandan çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyik. Azərbaycanla birlikdə ata biləcəyimiz addımları müzakirə edirik. Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib", - deyə Çavuşoğlu bildirib.
Türkiyəli nazir Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli görüşünün keçirilmə ehtimalını da istisna etməyib.