FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Matəm defilesi: ən son cənazə trendləri

Yas biznesi toy biznesindən daha sərfəlidir: VVAQ şöbəsinə hər kəs getmir, ancaq rəhmətə gedən hər bir insanı son mənzilə yola salanların sayı çox olur. Əksəriyyət də mərasimin mükəmməl keçməsini arzulayır.
Sputnik
Moskva Ekspo Mərkəzində "NEKROPOL-TANEXPO 2021" adlı yas mərasimləri sərgisi başlayıb. Sənaye nümayəndələri sahənin yeniliklərini qiymətləndirirlər. Ziyarətçiləri qəmgin düşüncələrdən mahnılar, rəqslər və moda nümayişi yayındırır.
"NEKROPOL-TANEXPO 2021" sərgisində cənazə briqadalarının, retuşçuların, mumiya hazırlayanların yarışları, həmçinin "Sahənin siması" müsabiqəsi keçirilib.
1 / 9

"NEKROPOL-TANEXPO 2021" sərgisində mövsümün ən dəbli obrazı - Qoqolun "Viy" əsərindən Pannoçka.

2 / 9

"NEKROPOL-TANEXPO 2021" sərgisində mövsümün ən dəbli rəngi fuksiyadır.

3 / 9

Tabutdakı animator Pavel mərasim dünyasında azmamaq üçün ziyarətçilərə kömək edir.

4 / 9

Qotika sevənlər üçün dekorativ kəllə.

5 / 9

Qızlarsa ənənəvi olaraq daş-qaş seçirlər.

6 / 9

Tanatopraktika (ölülərin üzünə kosmetika çəkilməsi) üzrə ustad dərsləri.

7 / 9

İngiltərə alimləri iddia edirlər ki, ölümdən vanil və biçilmiş ot ətri gəlir.

8 / 9

"NEKROPOL-TANEXPO 2021" sərgisinin ziyarətçiləri ölümə müdrik münasibət bəsləyirlər.

9 / 9

Proqramda işgüzar hissə olan "Nəzarət orqanlarının yoxlamalarında yeniliklər" və "Rusiyada peşəkar mərasim icmasının 250 illik tarixi" adlı seminarlar da var.

"NEKROPOL-TANEXPO 2021" beynəlxalq sərgisinin ilk gününün açılışı şərəfinə təşkil edilən bayram ziyafəti "Çar süfrəsi" ilə başa çatıb.
Sabah "NEKROPOL-TANEXPO 2021" sərgisinin ziyarətçiləri "Sahənin siması-2021"in kim olduğunu öyrənəcək və "Ölüm Muzeyi" səyyar ekspozisiyasına ekskursiya zamanı Rusiya İmperiyasında matəm etiketi haqda daha çox məlumat əldə edə biləcəklər.