BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın gələn ilin dövlət büdcəsindən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün 1 milyard 125 milyon 674 min 629 manat vəsaitin ayrılması nəzərdə tutulub.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu, "Azərbaycanın 2022-ci il dövlət büdcəsi" haqqında qanun layihəsində əksini tapıb.
Xatırladaq ki, gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ümümilikdə 1 milyard 788 milyon 619 min 634 manat vəsait ayrılıb.