BAKI, 26 oktyabr — Sputnik. Bakıda Yeni ilin gəlişi ilə əlaqədar bayram yarmarkaları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Kənd Təsərüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC dekabrın 20-30-da Bakının müxtəlif ərazilərində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 17-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 25-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı təqdim edə bilərlər.
Tenderin nəticəsi noyabrın 26-da, saat 11:00-da portalda açıqlanacaq.