RUSİYA

Lavrov: Rusiya ilə NATO arasında əlaqə yoxdur

Bu bəyanatla çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla belə, qurumun Baş katibi Yens Stoltenberqi özünün yaxın dostu adlandırıb.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. "Mən Rusiya ilə NATO arasındakı əlaqələri fəlakətli adlandırmazdım, çünki bunun üçün ümumiyyətlə, hər hansı bir əlaqə olmalıdır. Bizim isə NATO ilə heç bir münasibətimiz yoxdur". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov norveçli həmkarı Anniken Huitfeldlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
Lavrov NATO ilə münasibətlərinin olmadığını bəyan etdiyi halda bu qurumun Baş katibi Yens Stoltenberqi özünün dostu adlandırıb.

"NATO Rusiyanın dostu deyil, onlar bizimlə dostluq istəmirlər. Onlar Rusiya və Çini NATO-ya təhlükə adlandırırlar. Mənim yaxın dostum, Norveçin möhtəşəm Baş naziri olmuş Yens Stoltenberq indi bəyan edir ki, NATO bütün dünyada təhlükəsizliyə görə məsuliyyət daşımalıdır", – rusiyalı nazir vurğulayıb.