MƏDƏNİYYƏT

Laçında qəbirüstü at fiqurları tapılıb

Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbiristanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib:
“Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbiristanlığı” deyilən ərazidə aşkar olunub”.