BAKI, 26 oktyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, oktyabrın 27-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, 27 oktyabr tarixinədək güclü küləyin əsəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel olacağı gözlənilir.