PAYTAXT XƏBƏRLƏRİ

Bir qrup qazi yolu bağladı, DİN işə qarışdı

Ərazidə xidmət aparan naryad qrupları tərəfindən dərhal hadisəyə müdaxilə edilib, şəxslərlə profilaktik söhbətlər aparılıb.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Paytaxtın Ziya Bünyadov prospektində bir qrup qazi yolu bağlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı yaranan mübahisədir:
“Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib, şəxslərlə profilaktik söhbətlər aparılıb. Artıq yolda hərəkət bərpa olunub”.
DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır və bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.