AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Azərsu"da tender: Üç milyon manat kimə gedəcək?

"Azərsu" ASC-nin keçirdiyi müasir ölçmə cihazlarının quraşdırılması ilə bağlı tenderin qalibi "Buta Construction" MMC olub.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. "Azərsu" ASC əsas su mənbələrində müasir ölçmə cihazlarının quraşdırılması və məlumatların mərkəzi informasiya sisteminə inteqrasiyası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, keçirilən tenderin qalibi "Buta Construction" MMC-dir.
Qeyd edək ki, qalib şirkətə 2909,3 min manat ödəniləcək.