İQTİSADİYYAT

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığı müzakirə edib

İkitərəfli görüşdə işğaldan azad edilən ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanları və yeni layihələr müzakirə olunubNigar
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.
O qeyd edib ki, görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilən ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanları və yeni layihələr müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəliyinə götürüb.