VİDEO

Sankt-Peterburq tələbələri ekzoskelet yığıblar

Sankt-Peterburq Dəqiq Mexanika və Optika İnstitutunun (DMOİ) altı tələbəsindən ibarət qrup 60 kiloqramlıq yükü qaldıra bilən ekzoskelet modelini yaradıblar.
Sputnik
“Ekzoskeletin əsas texniki xüsusiyyəti erqonomikliyidir. Biz insan azadlığının bütün əsas dərəcələrini təkrarlamağa çalışırdıq, insanın özünü rahat hiss etməsi üçün biz kostyumu əlverişli etdik. Bu geyim insan hərəkətini məhdudlaşdırmır - insan tullana, qaça bilər və s.”, - deyə İdarəetmə Sistemləri və Robototexika fakültəsinin dosenti Konstantin Nujdin bildirib.
Müəllimin sözlərinə görə, kostyum 3D çap üsulu ilə hazırlanmış, karbon liflərdən hörülmüş örtükdən ibarətdir. Dekorativ panellər isə şüşə lifdən hazırlanıb.
Tələbə Yevgeni Qubkin bildirib ki, uşaqlar artıq kostyumdakı sensorlardan gələn siqnalı yoxlayıb komanda mərkəzində işlənmək üçün geri göndərməyə imkan verən bir alqoritm yazıblar. Onun sözlərinə görə, yükü qaldırıb saxlamaq üçün yalnız bir düyməni basmaq kifayətdir.